BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş həyat yoldaşı və qaynını öldürərək ömürlük həbs cəzası alan şəxsdən xəbər var

Masallı rayonunda iki nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan Ağayev Sarvan Azayxan oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən ömürlük məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

 

Qeyd: 2020-ci il fevral ayının 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını ov tüfəngi ilə güllələyib. Daha sonra S.Ağayev özünü də boğazından güllələyib, nəticədə onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub.

 

Hadisə nəticəsində Miralim Nəbiyev və Alimə Nəbiyeva hadisə yerində ölüb, Zemfira Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ağayev CM-in 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə ömürlük azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun apellyasiya şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 26 Dekabr 2022, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin