BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərişıq" ASC-nin əməkdaşını iş yerində elektrik cərəyanı vurub

"Azərişıq" ASC-nin əməkdaşını iş yerində elektrik cərəyanı vurub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 14-də Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən ASC-nin tərkib yarımstansiyasında qeydə alınıb.

 

Belə ki, "Azərişıq" ASC-də usta Xibabayev Şahid Ələddin oğlunun iş yerində elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.

 

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin (CM) 162.1-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə cinayət işi başlanılıb.

 

Dekabr 25-də isə cinayət işi üzrə əməl CM-nin 162.1-ci maddəsindən 162.2-ci maddəyə tövsif edilib.

 

Kamal Məmmədov

Tarix: 26 Dekabr 2022, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin