BURADA REKLAMINIZ OLA
BİLƏR

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

Kabel operatorlarda yayımlanan kanalların 90 faizi lisenziya əsasında fəaliyyət göstərir.

 

Bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

 

O bildirib ki, gələn ildən bu rəqəmi 100 faizə çatdırmağı hədəfləyirlər:

 

"Bəzi kabel yayımçılarında qeyri-qanuni fəaliyyət göstərən kanallar olduğuna dair məlumatlar var. Biz onları lisenziya almağa dəvət edirik. Əks halda onların fəaliyyəti dayandırılacaq. Eyni zamanda, gələn ildən hansısa bir bədii film pirat üsulla yayımlansa, həmin kanal cəzalandırılacaq. İndidən kanalları xəbərdar edirik".

 

APA

Tarix: 26 Dekabr 2022, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin