BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatala sakini ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

Zaqatala sakini atəş nəticəsində ölüb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün axşam saatlarında  Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

 

Məsələ ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.

 

İlkin araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 26 Dekabr 2022, 22:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin