BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxs nazirliyə 2 milyon manat dəyərində hazır yemək satacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqənin (Açıq tender) qalibi məlum olub.

 

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.

 

Tender müsabiqəsinin şərtlərinə görə Ziyafət Fərzəliyev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxsləri hazır yeməklə təmin edəcək.

 

Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 2023-cü ilin sonuna kimi həftədə 7 gün, sutkada 3 dəfə olmaqla 156 min 950 nəfərlik böyük, 18 min 250 nəfərlik isə uşaq norması olmaqla hazır yemək təqdim edəcək və qarşılığında 1 milyon 828 min 536 manat 85 qəpik alacaq.

Tarix: 27 Dekabr 2022, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin