BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış teleaparıcı məktəbdə uşaqların döyülməsindən danışdı: “Övladıma görə narahatam…” - FOTO

Tanınmış teleaparıcı Zamirə Dadaşova məktəbdə uşaqların döyülməsindən danışıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Z.Dadaşova özü məlumat verib.

 

“Oğlum Nərimanov rayonunda 43 saylı liseydə təhsil alır, 7-ci sinif şagirdidir. Tənəffüsdə bu sinifə dərs keçməyən müəllim tərəfindən oğlumla eyni sinifdə oxuyan şagird şiddətə məruz qalıb. Belə ki, sinifdə monitorinq olub və başqa müəllim monitorinqdə iştirak edib. Tənəffüsdə uşaq sinifdən çıxmaq istəyəndə müəllim onu döyüb. Belə hallar birinci dəfə deyil baş verir. Susduqca bir az da üstünə qoyurlar. Uşaqlar belə müəllimlərdən nə öyrənəcəklər, nə savad, nə tərbiyə alacaqlar? Müəllim əvvəlcə özü tərbiyə olunmalıdır ki, uşaqlara nümunə olsun. Şəxsən övladıma görə narahatam, sabah oğlumla eyni formada davranmayacaqlarına kim zəmanət verir?! Oğlan uşaqlarını qızların gözü qarşısında bu hala salmaq nə deməkdir? Müəllimin psixoloji problemləri varsa, dərs keçməsin. Aidiyyatı qurumlardan ölçü götürülməsini xahiş edirəm”, - Z.Dadaşova bildirib.

Fotoları təqdim edirik
Tarix: 28 Dekabr 2022, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin