BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır xəstə olan 3 erməni Xankəndidən Ermənistana aparıldı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib.

 

Pravda.az xəbər verir ki, avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni milliyyətli ağır xəstə olub.

 

Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirdilər.

 

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Tarix: 28 Dekabr 2022, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin