BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi Qərbi azərbaycanlıların Prezidentlə görüşə dəvət edilməməsinə aydınlıq gətirildi

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə dekabrın 24-də keçirilən görüşünə bəzi Qərbi azərbaycanılıların dəvət edilməməsi narazılıq yaradıb.

 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, ümummilli maraqları şəxsi maraqların müzakirəsinə çevirmək tarixi torpaqlarımız uğrunda başladığımız möhtəşəm mübarizəyə, Azərbaycanın ümumi mübarizəsinə kölgə salmaqdır: “Belə dar düşüncədən qurtarmaq lazımdır. Bu, təkcə Qərbi azərbaycanlıların deyil, 50 milyonluq dünya azərbaycanlılarının məsələsidir. Burada Azərbaycanın bütövlüyü uğrunda mübarizədən söhbət gedir. Görüşə toplaşanların hamısı millət qarşısında tarixi xidməti olan insanlardır. Heç kimə bizi ümumi işimizdən, mübarizəmizdən yayındırıb, şəxsi maraqların müzakirəsinə kökləməyə imkan vermək lazım deyil. “Mənim atam, qardaşım niyə görüşdə yoxdur?” kimi kiçik məsələlərdən uzaqlaşmaq lazımdır. Biz müzakirəni bu yönə çəksək, gündəmi dəyişmiş olarıq. Hazırda erməninin də, “5-ci kolon”un da istədiyi bir şey var – Qərbi Azərbaycan məsələsi gündəmdən çıxsın, böyüyüb dünya ictimaiyyətinə çatmasın. Gündəmi dəyişmək üçün bütün metodlara əl atacaqlar. Media buna getməməlidir. Cənab Prezident qarşımızda elə bir strateji məsələ qoyub ki, heç kim bizi bundan yayındırmamalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Dekabr 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin