BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karqo xidmətləri niyə bahalaşıb? - Deputat AÇIQLADI

Son illər xaricdən, xüsusilə qardaş Türkiyədən məhsul sifariş verən onlayn ticarət istifadəçilərinin sayı bir neçə dəfə artıb. Azərbaycanda satışda olan Türkiyə istehsalı məhsulları qardaş ölkədən ən azı iki dəfə aşağı qiymətə ala bilmək imkanı bir çoxlarını onlayn alış-verişə yönəldib. Daha asan və ucuz başa gələn onlayn platformada istədiyimiz məhsulu qısa vaxt ərzində əldə edə bilirik. Lakin son aylarda Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərinin qiymətləri kəskin bahalaşdırması onlayn alıcıları narazı salıb. Karqo şirkətləri bahalaşmaya əsas arqument kimi Türkiyədə xərclərin artmasını gətirsələr də, ekspertlər belə düşünmür. Bəzi iqtisadçılar iddia edirlər ki, Azərbaycanda karqo şirkətlərinin sayı artığı üçün rəqabətliliyi azaldıb, inhisarçılıq yaratmaq istəyirlər.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təsdiqləyib ki, qlobal olan karqo xidmətlərində artımlar müşahidə olunur.

 

Deputat bildirib ki, dünyadakı inflyasiyanın əsas səbəblərindən biri daşınma xərclərinin yüksək olmasıdır:

 

“Nəticədə karqo xidmətlərində də qiymət artımlarını müşahidə edirik. Ümumiyyətlə, regionda karqo xidmətlərində qiymətlər bahalaşıb və bu, arzuolunan deyil. Karqo şirkətlərinin sayının artması əslində rəqabəti gücləndirən faktordur. Çünki nə qədər çox şirkət fəaliyyət göstərirsə, nəticədə o qədər çox xidmətin təklif edilməsi və rəqabətin güclənməsini müşahidə edirik. Karqo xidmətlərinin xərci yalnız ölkədaxili faktorlarla bağlı deyil. Qlobal xərclər artıb, regionda yükdaşımalarda qiymətlər bahalaşıb. Bu da, təbii ki, həm ixrac, həm də ixdal edilən məhsulların xərcinə təsir göstərir”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Dekabr 2022, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin