BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəxtiyar Hacıyev kimi manipulyatorlar kütlədən şəxsi mənafeləri üçün istifadə edirlər"

“Bəzən özünə “müxalifət” deyən, yaxud özünü cəmiyyətə ciddi bir müxalif şəxs kimi tanıdan xeyli insan var ki, onlar, məsələn, mənim kimi adamları daim gözümçıxdıya salır, arxada əleyhimizə kampaniyalar aparır, gözdən salmağa çalışırlar. Cəmiyyətə izah edə bilmirik ki, əleyhimizə olan bu cür adamların özləri əslində bizdən daha çox hakimiyyətə, yaxud hakimiyyətin hansısa qollarına bağlı adamlardırlar. Bunu deyəndə yenə söyülür, təhqir edilirik. Bəxtiyar Hacıyevlə bağlı məsələ də bu qəbildəndir. O, uzun illər siyasi manipulyasiyalarla məşğul idi, bu gün də məşğuldur. Onun manipulyator olduğunu şəxsən mən illərdir, dilə gətirirəm ki, cəmiyyət aldanmasın. Amma aldadılan adamlar oyanmaq yerinə, mənim kimi adamların üstünə gəlirlər ki, guya şər atırıq. İndi buyurun, ortada fakt var. Biz şərmi atırdıq? Axı deyirdik ki, kimin əli kimin cibindədir, yaxud kim əyilə-əyilə kimin qapısından çıxır. Bunu illərdir, deyirdik, amma eşidilmirdik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

A.Həsrətin sözlərinə görə, bəziləri Bəxtiyar Hacıyevin şəxsi məlumatlarına qanunsuz giriş olduğunu deyir: “Deyirlər ki, bu, qanun pozuntusudur. Bəli, mən də qəbul edirəm ki, belədir, qanunsuz müdaxilə var. Amma qanunsuz müdaxilənin olması axı gerçəkləri dəyişmir. Kimsə durub özünə haqq qazandıra bilməz ki, üzdə müxalifətçilik edərək arxada hakimiyyətin ən səs gətirən nazirlərindən biri ilə iş birliyi içində olub, xalqın adamı kimi, yaxud xalq üçün davranıb. Mümkün deyil. Nazirlə, nazirliklə əməkdaşlıq etmək ayıb bir şeyil, etsin. Amma bunu niyə gizli edirsən? Piar kampaniyası qurmaq, ya kömək etmək istəyirsən? Açıq et. Gizlində edirsənsə, deməli, sənin gizlədəcək nəyinsə var. Deməli, şaffaflıq olmayan yerdə qanunsuzluq da var. Təəssüf ki, minlərlə insan bizim çağırışlarımızı qulaq ardına vurub, könüllü şəkildə aldadılmağa razılaşırdı. İndi həmin adamların, xüsusilə bizim kimi adamların üstünə gəlmişlərin üzünə baxmaq istərdim. Çox adam nicat axtarır, çalışır ki, problemini hansısa yolla həll etsin. Bəxtiyar Hacıyev kimi manipulyatorlar da bu kütlədən şəxsi mənafeləri üçün istifadə edir. İnsanlara yazıq deyilmi? Bundan sonra da insanları oyatmağa çalışacağıq. Aldanmasınlar”.

 

A.Həsrət vurğulayıb ki, bu gün Azərbaycanda sinəsinə hamıdan çox döyən, “radikal müxalifətçiyəm” deyənlərin əksəriyyətinin əli başqasını cibindədir: “Onların əksəriyyəti əyilə-əyilə başqa qapılardan çıxırlar. Sadəcə, görüntüdə guya radikal müxalifətçidirlər. Belə deyil. İnsanlara səslənmək istəyirəm ki, bu cür adamlara aldanmayın. Xüsusilə mənim kimilərin üstünə gəlib deyirlər ki, “hakimiyyətə satıldı”, “hakimiyyətə işlədi…” Mənim bir sifətim var, göründüyüm kimiyəm, sizin kimi yox. Siz özünüzü radikal müxalifətçi kimi təqdim edirsiniz, arxada isə gedib hakimiyyətlə alver edir, vəzifə istəyirsiniz, gizli-gizli onlar üçün iş qurur, pul alırsınız. Bunu niyə gizli edirsiniz? Deməli, halal, dürüst adamlar deyilsiniz. Biz bütün işlərimizi açıq görürük. Əyilə-əyilə kiminsə qapısından çıxmırıq, əlimiz kiminsə cibində deyil, gizli işlərimiz yoxdur, bütün işlərimiz şəffafır. Heç olmasa vətəndaşlarımız bundan sonra belə adamlara aldanarkən, arxasınca gedərkən bir qədər düşünsünlər”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Dekabr 2022, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin