BURADA REKLAMINIZ OLA
BİLƏR

İstirahət günlərinin havası açıqlandı

Dekabrın 31-i, 2023-cü ilin 1-2-3 yanvar tarixlərinə Şahdağda hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, arabir duman olacaq.

 

Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

 

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir.

Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

 

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

 

Balakən, Şəki, Zaqatala rayonunlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

 

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

Tarix: 28 Dekabr 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin