BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını başqa kişiyə yazdığı mesaja görə bıçaqlayan tələbəyə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən E.Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə na şərti cəza verilib.Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edillib və E.Kərimovdərhal məhkəmə iclas zalından azad olunub.

 

Qeyd: Hadisə bu il iyul ayının 8-i saat 21:10 radələrində rayonun Çəmənli kəndində qeydə alınıb.

 

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü E.Kərimov qısqanclıq zəminində Ağdam Eayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü E.Kərimovanı bıçaqlayıb.

 

Yaralı rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olunub.

 

E.Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

 

İttihama görə, E.Kərimov yaşadıqları evin yataq otağında anasının atası ilə rəsmi nikahda olmasına baxmayaraq, E.Kərimova mobil telefonun vatsapda başqa şəxslə, yəni Ağdam rayonu Şükürağalı kənd sakininin nömrəsinə “Elgünüm, ürəyimmm, haralardasan” və digər yazdığı mesaj yazışmalarını görüb. O, anasının bu qeyri-etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədi ilə evin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə onu vurub.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin