BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident qanuna dəyişiklik etdi: Pensiyaçılar 2026-cı ilə qədər...

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.

 

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.

 

Ancaq yeni dəyişikliklə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

 

Qeyd edək ki, dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Tarix: 28 Dekabr 2022, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin