BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin maaşları artırıldı - Yanvarın 1-dən...

Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.


Ali məktəbdən Pravda.az-a verilən məlumata görə, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.


Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.

Tarix: 28 Dekabr 2022, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin