BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın ətçəkən mikserə düşərək öldü

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 28 Dekabr 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin