BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant Emil Qurbanovun anası Sürəyya xanım bu gün vəfat edib.


Pravda.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb.


Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Emil Qurbanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Tarix: 28 Dekabr 2022, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin