BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ müharibəsi iştirakçılarının əmlakını ələ keçirən şəxslərin cinayət işi icraata verildi

Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlakını qanunsuz yolla ələ keçirməkdə təqsirləndirilən Elvin Əliyev qohumu Ənvər Əkbərovun cinayət işi icraata verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaqla müəyyən olunub ki, 2021-ci ilin dekabrın 29-dan bu ilin iyulun 22-dək Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim etməklə birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olub Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıb.

 

Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 29 Dekabr 2022, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin