BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dava zamanı cinayət törədən şəxsin ibtidai istintaqı başa çatdı

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ramiz Həsənlinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin iyun ayında paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində baş verib.

 

Belə ki, Ramiz Həsənli dava zamanı 1987-ci il təvəllüdlü Abıyev Yadulla Hüseynağa oğlunu bıçaqlayıb.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

Daha sonra Ramiz Həsənli saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 29 Dekabr 2022, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin