BURADA REKLAMINIZ OLA
BİLƏR

Akar Suriyadakı əməliyyatın məqsədini açıqladı

Suriyanın ərazi bütövlüyünə hörmət edirik və yeganə məqsədimiz terrorla mübarizədir.

 

Pravda.az xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada Suriya müdafiə naziri Əli Mahmud Abbasla görüşü barədə danışarkən deyib.

 

“Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri də terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa hədəflərimizin olmadığını vurğuladıq”, - deyə Akar bildirib.

 

Akarın sözlərinə görə, Türkiyə Suriya üçün də təhlükə yaradan PKK/YPG və İŞİD terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışır.

 

“Ankara bu iş çərçivəsində ölkəsinin və xalqının təhlükəsizliyini təmin etmək, eləcə də Suriyadan Türkiyəyə gələcək miqrasiyanın qarşısını almaq üçün hər cür səy göstərir”.

 

Xəyal Quliyev

Tarix: 29 Dekabr 2022, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin