BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahmud Hacıyev: “Süleyman Nemətov Naxçıvanda böyüyüb, yerli adamın ora getməsi daha yaxşıdır”

“Naxçıvandakı dəyişiliklərin hamısını müsbət qiymətləndirirəm. Çünki ictimaiyyət oradakı rəhbər strukturda oturanların hamısından çox narazı idi. Azərbaycan balaca ölkədir, Bakıda asqıranda Naxçıvanda da eşidilir, Qazaxda da... Hamının hamıdan xəbəri var. Görünən dağa nə bələdçi? Nə oyunlardan çıxdıqları hamısı göz qabağında idi. Dövlət əmlakını dağıtmaq, mənimsəmək, israf etmək, sərhəddə, gömrükdə, mühafizə orqanlarında qanun pozuntuları baş alıb gedirdi. Şükür ki, müsbət yöndə dəyişikliklər edildi, təyinatlar olur. Aydın məsələdir ki, cənab Prezident etimad göstərdiyi, inandığı şəxsləri Naxçıvana göndərir və onlar özlərini doğruldacaqlar. Göndəriliblər ki, müsbət yöndə dəyişikliklər edin, Naxçıvanı düzəldin. Yavaş-yavaş müəyyən nazirliklər ləğv edilir, idarələr yaradılır. Azərbaycan unitar dövlətdir, unitar dövlətin tərkibində Konstitusiya səlahiyyətlərinə malik, böyük bir Muxtar Respublikanın olması düzgün deyil. Vasif Talıbov qanunlardan, Konstitusiyadan – hər şeydən dövlət mənafeyi üçün yox, özünün, ailəsinin şəxsi mənafeyi üçün sui-istifadə edirdi…”

 

Bu sözləri Pravda.az-a müsahibəsində sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev deyib.

 

O, Naxçıvan Daxili İşlər Nazirliyinə yeni təyinat barədə də danışıb: “Süleyman Nemətov Naxçıvanda böyüyüb, yerli adamdır, yerli adamın ora getməsi daha yaxşıdır. Canı, ürəyi yanır, oranın yaxşı gününü istəyir. Azərbaycan hamı üçün birdir. Amma hansısa yerdə müsbət yöndə dəyişikliyə gedirsənsə, yerli adamın yetməsi daha yaxşıdır. Çünki oranın pisini-yaxşısını, coğrafi şəraitini, əhalinin müəyyən xarakterik xüsusiyyətlərini yaxşı bilir, kontingentini, əhalini tanıyır. Bütün bunlar hüquq-mühafizə orqanları üçün önəmli şeylərdir”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Dekabr 2022, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin