BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda ər arvadını yad kişi ilə danışdığına görə döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Həmid Xaliqovun (şərti) cinayət işin üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Həmid Xaliqov yaşayış evin həyətində yerləşən yardımçı otaqda arvadı Lalə Xaliqovanın (şərti) mobil telefonla yad bir kişi ilə danışdığını eşidib. Daha sonra onların arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Həmid həyat yoldaşının paltarından tutaraq onu qəsdən divara çırp və daha sonra əli ilə qadının sifət və bədən nahiyəsinə bir neçə dəfə şillə ilə vurub. Nəticədə Həmid Xaliqov Lalə Xaliqovanın sağlamlığına qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirib.

 

Daha sonra qadının anası hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 29 Dekabr 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin