BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tarix: 29 Dekabr 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin