BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi keçmiş kürəkənini döydü, külqabı ilə xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində keçmiş kürəkənini döyməkdə təqsirləndirilən Qalib Hümbətovun (şərti) cinayət işin üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1963-cü il təvəllüdlü Qalib Hümbətovun keçmiş kürəkəni Mahir Əliyev onun yaşadığı evinə gələrərək əvvəlcədən aralarında olan razılığa əsasən azyaşlı uşağı ilə görüşüb özü ilə aparmaq istəyib. Həmin vaxt Mahir sərxoş vəziyyətdə olub və Qalibin evinə gec gəlməsi səbəbindən onbların arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

 

Daha sonra Qalib Hümbətov 2017-ci il təvəllüdlü nəvəsinin gözü qarşısında xüsusi amansızlıqla qəsdən zərərçəkmiş Mahir Əliyevin ağız nahiyəsinə yumruqla vurub, boğazından sıxıb və stolun üstündən götürdüyü külqabını onun sağ əlinə çırpıb. Nəticədə təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirib.

 

Mahir Əliyevin şikayəti əsasında saxlanılan Qalib Hümbətovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 29 Dekabr 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin