BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni Damla Vasif Talıbovun oğlanlarından “qonorar” alıb? - AÇIQLAMA

Müğənni Damlanın prodüseri Şamil İbrahimov Vasif Talıbovun övladlarının Damlaya bahalı hədiyyələr verdiyi, böyük ölçüdə “qonorarlar” ayırdığı barədə yayılan məlumatlara münasibət bildirib.

 

Ş.İbrahimov Pravda.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.

 

O bildirib ki, Damla Naxçıvanda konsertdə olub:

 

“Ümumiyyətlə, nə Damla xanım, nə də mən həyatımda Vasif Talıbovun övladlarını görməmişəm, tanımıram. Telefonda belə səslərini eşitməmişik. Konsertə, təbii ki, qonorarla getmişik, pulsuz getməmişik ki. Bütün müğənnilər kimi biz də pul almışıq. Məbləğ elə də böyük deyil. Camaat necə, biz də elə. Onlar zəng edib hansısa konsert danışası deyildilər ki. Mənə konsertin təşkilatçısı zəng etdi, bu günə qədər heç bilmirdim ki, Vasif Talıbovun, ya kimin tədbiridir. Tutaq ki, Bakıda hansısa şirkət tədbir edir, mən durub onun yiyəsini araşdırmıram ki, bu kimdir. Araşdırsam, nə yazar? Mənim nəyimə lazımdır? Təyyarəyə 50 manatdan üç bilet almışdım, gedib Naxçıvana oxuyub gəlmişik, “salam, sağol”, vəssəlam…”

 

Aytəkin Qardaşova

 

 

Tarix: 29 Dekabr 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin