BURADA REKLAMINIZ OLA
BİLƏR

Amerikalı toksikoloq: Saakaşvili martda zəhərlənib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili klinikaya köçürülməzdən əvvəl zəhərlənib.

 

Pravda.az xəbər verir ki, bunu amerikalı toksikoloq Devid Smit deyib.

 

“Ağır metallar qandan sürətlə təmizlənir, buna görə də zəhərlənmənin həqiqətən baş verib-vermədiyini müəyyən etmək üçün saç kökü testindən istifadə edirik. Saakaşvili artıq mart ayında zəhərlənib”, - deyə toksikoloq bildirib.

 

Ekspertin sözlərinə görə, Saakaşvilinin orqanizmi bir neçə ağır metal, o cümlədən civə, arsen və bariumla zəhərlənib.

 

Smit bildirib ki, belə zəhərlənmə beyin zədələnməsi və irəliləyən demensiyaya səbəb olur.

 

Xəyal Quliyev

Tarix: 29 Dekabr 2022, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin