BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxslə bağlı məlumat yaydı

Sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

 

Baş Prokurorluqdan verilən məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmamış, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.

 

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 29 Dekabr 2022, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin