BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

 

Hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi “VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

 

APA

Tarix: 30 Dekabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin