BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda köşkə basqın edildi

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb.

 

Hadisə dekabrın 29-u, saat 03 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.

 

Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1805 manat pulu götürüb uzaqlaşıb.

 

S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır./Report

Tarix: 30 Dekabr 2022, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin