BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi Cavanşir Feyziyevin şirkətinə 2 cərimə protokolu yazdı

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə növbəti dəfə cərimə protokolları yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə iki inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakimlər - Nəriman Mehdiyevlə Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclaslarının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni xətai il bağlı bir neçə dəfə cərimə protokolu yazılıb.

 

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

 

Kamal Məmmədov

Tarix: 30 Dekabr 2022, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin