BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsxanada onu döyən şəxsi “Bravo”nun yaxınlığında bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığıa ağır zərər vurmada təqsirləndirilən Yaşar Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 20 may 2022-ci il tarixdə, saat 21 radələrində Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Yaşar Quliyev əvvəllər onunla həbsxanada cəza çəkən Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Posanlı yaşayış massivində yaşayan zərərçəkmiş Qurban Qurbanov (şərti) ona nalayiq söyüşlər söyərək təhqir etməsi səbəbindən əsəbləşib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Qurbandan qisas almaq məqsədilə təqsirləndirilən şəxs həmin vaxt üzərində olan mətbəxt bıçağı ilə qəsdən ona üç dəfə zərbə vurarub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Məhkəmə iclasında Yaşar Quliyev ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O deyib ki, zərərçəkmiş şəxs onun həbs yoldaşı olub. Zərərçəkmiş şəxs ilə həbsxanada tanış olmuş və münasibətləri yaranmşdır. Qurban Qurbanovla birlikdə 11 saylı cəzaçəkmə müəssəsində cəza cəkmişlər. O, 2015-ci ildə həbsdən azad olunmağına 2 gün qalmış adi bir söhbətə görə Yaşarın başına fincan ilə vurub. Bununla bağlı həmin vaxtı həbsxana rəisi onu qəbul edib və o, azadlığa çıxmağına 2 gün qaldığından Qurban barəsində şikayət etməyib. Zərərçəkmiş şəxs ilə münasibətləri həmin hadisədən sonra pozulub.

 

Təqsirləndirilən şəxs azadlığa buraxıldıqdan sonra zərərçəkmiş şəxsin nə vaxt azadlığa çıxdığını bilməyib. O, azadlığa buraxılaraq yaşadığı Gədəbəy rayonuna gəlib.

 

Təxminən 14 may 2022-ci il tarixdə Yaşar taksi kimi işlədiyi özünə məxsus avtomobili ilə Şəmkir rayonu dördyol adlanan yerdə olub. Orada olarkən əvvəllər onunla birlikdə məhkumluq yaşamış Qurban o olduğu yerə tərəf gəlib. Bu zaman Yaşar zərərçəkmiş şəxs ilə salamlaşıb və biraz söhbət ediblər. Söhbət zamanı Qurban aralarında məhkumluq yaşadıqları vaxtlarda yaranmış söz söhbətdən danışıb, danışığı zamanı ona kinayəli formada söz eşitdirib, hətta deyib ki, “mən o vaxt aramızda baş verənləri unutmamışam”. Aralarındakı qısa dialoqdan sonra bir-birilərinə əlaqə nömrələrini veriblər.

 

20 may 2022-ci il tarixdə saat 13-14 radələrində Yaşar Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində fəhləlik edərək Gədəbəy rayonuna getmək və özü ilə adam götürmək üçün dördyolda yerləşən “Bravo” marketin yaxınlığındakı taksilər dayanan yerə gəlib. Bu zaman orada Qurbanı görüb. Qurban ona kofe içməyi təklif edib, o, isə zərərçəkmiş şəxs ilə birlikdə kofe içib. Həmin vaxt zərərçəkmiş şəxsin yanında öz yaxınları da olub. Kofe içdikdən sonra Qurban həmin yerdən uzaqlaşıb. O, isə Gədəbəyə getməyə adam tapmayıb. Buna görə də biraz gözləmək qərarına gəlib. Qurban gedən zaman onun oradan gedib-getməməyini soruşub. O, zərərçəkmiş şəxsə burada olacağını bildirib. Zərərçəkmiş şəxs marşruta minəndə onun belində bıçaq olduğunu görüb və bıçağı əli ilə düzəldib.

 

Saat təxminən 19-dan sonra Yaşar həmin yerdə olan vaxtı Qurbanın yolu keçib ona tərəf gəldiyini görüb. Zərərçəkmiş şəxsin yerişindən sərxoş olduğunu hiss edib. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq “gəl otur maşına gedək Yasamalın ayağına, görürəm sən narazısan, səninlə dərdləşmək istəyirəm” sözlərini deyib. Yaşar Qurbana sərxoş olduğunu görüb ona həbsdə olan söhbətin elə orada qaldığını, söhbəti uzatmamasını bildirib. Zərərçəkmiş şəxs onu söyüb təhqir edərək təqsirləndirilən şəxsə “yekə olmaqla deyil, səni bir dəfə başını cırmışam, sənin qanını içərəm” sözlərini deyib. O, mübahisə etməmək üçün zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışıb.

 

Yaşarın sözlərinə görə, zərərçəkmiş şəxsi onu vuracağından ehtiyyat edib, cibində olan bıçağı götürüb ona atıb. O, şok vəziyyətində olub və Qurbanı neçə dəfə bıçaqla vurduğundan xəbəri olmayıb. Yaşar zərərçəkmiş şəxsdən qan gəldiyini görüb və həyəcandan nə edəcəyini bilməyərək “Bravo” marketin həyətinə tərəf qaçıb. Sonra isə avtomobilinə tərəf gəlib oturub və oradan uzaqlaşıb. Yaşadığı Gədəbəy rayonunda polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilindəki Qurbanı vurduğu bıçağı da polis əməkdaşlarına təhvil verib.

 

Kamal Məmmədov

Tarix: 30 Dekabr 2022, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin