Diaspor quruculuğu dövlət siyasətinin ana xəttini təşkil edir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb. Artıq haqq səsimiz dünyada eşidilir, soydaşlarımız dünyanın dörd bir yanında həmrəylik nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlıları yüksək səviyyədə fəallıq göstərərək daha sıx birləşdilər. Soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fədakar xidmətləri Zəfərimizə layiqli töhfə verdi, Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirərək milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan xalqı 2022-ci ili də müzəffər, qalib xalq kimi başa vurur.
“Dekabrın 31-də dünya azərbaycanlıları həmrəylik bayramını qeyd edir. Yeni təqvim ilini dəyişirik. Bu, çox böyük sevinc, coşqu olmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur. Hər birimiz vətəndaş kimi Vətənin daşı, bir parçası olmalıyıq. Azərbaycanın inkişafı, çiçəklənməsi üçün gücümüzü sərf etməliyik. Azərbaycanın diaspor təşkilatlarının, xaricdəki soydaşlarımızın da bu işdə üzərinə çox böyük vəzifələr düşür. Son zamanlar hər birimiz üzərimizə total hücumların şahidiyik. Cənab Prezidentin də dediyi kimi, isterik bir vəziyyətə düşüblər. Azərbaycanın əleyhinə çalışan təşkilatların, dövlətlərin sayı arta bilər. Buna baxmayaraq, səfirliklərimiz, konsulluqlarımız, lobbi təşkilatlarımız çox gərgin işləməlidirlər. Düşünürəm, bu işlərin öhdəsindən gələcəyik. Qarabağda artıq 20 gündür davam edən aksiyada xalqımız birliyini bir daha nümayiş etdirdi. Beynəlxalq hüququn normalarına və ədalətə söykənən, Azərbaycan xalqının içindən gələn bu sifariş bir çoxlarının yuxusunu ərşə çəkib. Təbii ki, güclənməyimizi, inkişaf etməyimizi, söz sahibi olmağımızı gözü götürməyənlər var. Bu, təbii bir haldır. Bəzi dövlətlər beynəlxalq təşkilatlar və qurumlar bir-birinin ardınca mənasız bəyənatlar verməkdədirlər. Hətta “Euronews” kimi telekanallar da bu hədyan və şüvən kampaniyaya qoşulub. Burada da Fransanın barmağı görünür. Yəqin ki, 2023-cü ildə də bu, davam edəcək. Xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız işlərini günün tələblərinə uyğun qurmalı, gecə-gündüz çalışmalıdırlar. Burada təkcə qərəz yox, həm də məlumatsızlıq var. Təbliğat işlərində cənab Prezident İlham Əliyevdən nümunə götürməli, heç nəyə baxmadan yolumuza davam etməliyik. Düşünürəm, 2023-cü ildə cənab Prezidentin rəhbərliyi altında ölkəmiz hələ çox yeni-yeni böyük uğurlara imza atacaq”, - deputat bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli isə deyib ki, diaspor quruculuğu və lobbi təşkilatlarına münasibət Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir:
“Ümummilli lider Heydər Əliyevin dönəmindən dünya azərbaycanlılarının təşkilatlanması, vahid şəbəkədə fəaliyyət göstərməsi mümkün olub. Cənab Prezident İlham Əliyevin dönəmindən isə bu siyasi xətt ikinci sferaya qədəm qoyub. Dünya erməniçiliyinə qarşı mübarizəni Azərbaycan dövlət siyasətinin vahid tərkib hissəsi, əsas alətlərdən biri kimi görmüşük. Diaspor siyasəti, quruculuğu ölkələrdə elitalara, qlobal medianın gücünə təsir mexanizmi baxımından, beynəlxalq təşkilatların gündəminə Azərbaycanın haqq məsələsini daxil etmək prizmasından çox vacib idi. Diaspor siyasəti erməni yalanlarına qarşı mübarizənin tərkib hissəsi kimi çıxış edib. Azərbaycan təkcə Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyasını dünyanın əksər ölkələrində çox unikal keyfiyyətlə, yüksək təşkilatçılıq imkanları ilə həyata keçirə bilib. Azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsi 2020-ci il müharibəsindən sonra növbəti sferaya qədəm qoyub. Önəmli fakt budur ki, azərbaycanlılar informasiya müharibəsində Azərbaycanın haqq səsinin, reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasını yüksək keyfiyyətlə icra etdi və etməyə davam edir. Müharibədə qalibiyyətin verdiyi sosial, psixoloji, siyasi, ideoloji çalarlar bu mübarizəni daha da rəngləndirmiş oldu. Təəssüf ki, Ermənistanın məğlubiyyətindən sonra ikinci sferaya daşıdığı informasiya müharibəsi hazırda aktuallaşmaqdadır. Bu baxımdan, Azərbaycan diasporu və lobbi təşkilatlarının üzərinə çox böyük yük düşür. Dövlətin bu sahədəki siyasətinin dərhal həmin tələblərə uyğun şəkildə rentabelləşməsinə ciddi ehtiyac var. Dünyada yaşayan azərbaycanılıların sayı 50 milyon hesab olunur. Azərbaycandan kənarda 40 milyon azərbaycanlı var. Onlar dünyanın müxtəlif ölkələrində ən yüksək ranqlarda vəzifə sahibləri, mülki sahiblərdirlər, yüksək şəkildə təmsil olunurlar. Ən başda onların öz fəaliyyətlərini genişləndirmələrinə ehtiyac var. Dərhal siyasi təşkilatlara, beynəlxalq mediaya təsiri genişləndirmək lazımdır. Dünya mediası böyük ölçüdə erməni kəşfiyyatından, lobbisindən asılı duruma düşüb. Bunun qarşısının alınması üçün alternativlər hazırlanmalıdır. İnsan haqlarının pozulması, müharibə cinayətlərinin törədilməsi məsələsində Ermənistanla bağlı faktları gündəmə daşımaqla daha ciddi tədbirlər görməyimizə böyük ehtiyac var”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
29 Mart 10:47
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
Ən son xəbərləri səhifəmizdən də izləyin