BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “AXC-Müsavat hakimiyyətinin milli olması indiki hakimiyyətin milli olmadığı anlamına gəlmir”

“AXC-Müsavat hakimiyyətinin milli olması indiki hakimiyyətin milli olmadığı anlamına gəlmir”.

 

Bunu Pravda.az-a açıqlamasında deputat Tahir Kərimli bildirib.

 

T.Kərimli qeyd edib ki, lakin bu hakmiyyət milli olması üçün çox böyük yol gəlib: “1993-cü ilin iyun qiyamında baş rolda Surət Hüseynov iştirak edirdi. Sonra o, düz iki il hakimiyyətdə baş nazir oldu. Nə qədər vaxt sərf edildi ki, hakimiyyətdən anti-milli ünsürlər təmizlənsin. Və hakimiyyət indiki hala gəldi. Hazırkı hakimiyyətin milli olmasını, əlbəttə, qəbul edirəm. Deputat seçilərkən kiminsə səsini oğurlamamışam, kiməsə pisliyim dəyməyib, heç kim də məndən üstün deyil. Nə də heç kim iddia etməyib ki, mən deputat seçilmişdim, Tahir Kərimli yerimə keçib. Bu hakimiyyət elə milli olduğuna görə də doğru olaraq caamatın mənə verdiyi səsi təsdiq edib, maneə olmayıb. Açıq deyək, ilk vaxtlarda deputat seçilməyimə maneələr də olurdu. Çox güclü anti-milli ünsürlər var idi. Çünki 1993-cü il iyun qiyamında baş rolda xaricin dəstəyi ilə anti-milli qüvvələr iştirak edirdi. Ona görə də bu məsələdə ziddiyyət axtarmağa dəyməz”.

 

Aytəkin Qardaşova

Tarix: 30 Dekabr 2022, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin