BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tarixdə Əvəz Zeynallı ilə bağlı qərar veriləcək

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı apellyasiya şikayəti verib.

 

Pravda.az-ın xəbərinə görə, o, dekabrın 29-da həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon məNəhkəməsinin qərardan Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Şikayətə 5 yanvar 2023-cü ildə, saat 11:00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi baxılacaq.

 

Qeyd: Əvəz Zeynallı bu il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

 

Rüşvət ittihamı “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

 

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir.

 

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham edilir.

 

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Tarix: 30 Dekabr 2022, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin