BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda uşaqlarını qumbara ilə partladaraq öldürmək istəyən şəxsdən xəbər var

Bakıda uşaqlarını qumbara partladaraq öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasın yanvarın 12-nə təyin edilib.

 

Zərərçəkmiş qismində təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı, oğlu, qızı və sabiq qayınanası tanınır.

 

Qeyd: Bu il avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğun məlumat daxil olub.

 

1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.

 

Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 31 Dekabr 2022, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin