BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimin ölümünə səbəb olan sürücünün istintaqı başa çatdı

Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Süleyman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 26-na təyin edilib.

 

Qeyd: Hadisə bu il oktyabrın 10-da Quba rayonunun Vəlvələ kəndi ərazində qeydə alınıb.

 

Quba rayon sakin Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

 

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Kamal Məmmədov

Tarix: 31 Dekabr 2022, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin