BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllı sakinini öldürüb meyitini yandıranın işi icraata verildi

İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev və Ümidvar İbişovun cinayət işi icraata verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: 2020-ci il martın 28-də İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda başlanmış və icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

 

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.

 

İbtidai istintaq zamanı Rəşad Məmmədovun müvafiq qurumda istintaq edilən cinayət işi üzrə ifadə verməsinin qarşısını almaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs Elvin Əliyev və Ümidvar İbişov tərəfindən başqa cinayəti gizlətmək məqsədilə öldürülməsi və meyitinin yandırılmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.

 

Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ümidvar İbişova Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkətlər) və digər maddələri ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 31 Dekabr 2022, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin