BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsinin vaxtı məlum oldu

Abşeron rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Qaçay Şahməmmədovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 10-na təyin edilib.

 

İş hakim Aynur Rzayevanın icraatına verilib.

 

İttihama görə, bu ilin mayın 29-da, saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İstintaq orqanı tərəfindən Qaçay Şahməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 31 Dekabr 2022, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin