BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Yeni il şənliyindən sonra izdiham - VİDEO

Ötən gün Bakıda baş tutan Yeni il şənliyindən sonra şəhərin Nizami küçəsi və “Sahil” metrosu qarşısında insan sıxlığı yaranıb.

 

Paytaxt sakinləri və şəhərə gələn qonaqlar atəşfəşanlığa tamaşa etmək, mərkəzdə bayram ab-havasını hiss etmək üçün küçələrə axışıblar.

 

Yaranan sıxlıq nəticəsində insanlar hərəkət etməkdə çətinlik çəkiblər. Bundan əlavə, tədbirlərdən sonra evinə qayıtmaq istəyən vətəndaşlar “Sahil” metrosunun qarşısında toplaşıb.

 

Sosial şəbəkədə yayılan görüntülərdən izdiham zamanı uşaqların çətin vəziyyətə düşməsi, insanlar arasında gərginlik yaşanması görünür.

Tarix: 1 Yanvar 2023, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin