BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda xüsusi karantin rejimindən istifadə edərək parkın ərazisini zəbt etdilər - VİDEO

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (keçmiş zərgərlik zavodu ilə üzbəüz) yerləşən parkı zəbt etməyə cəhd olunub.

 

Pravda.az-ın xəbərinə görə, sakinlər öncə karantin rejimi ilə əlaqədar parkın hasarlanacağını zənn edib. Amma məlum olub ki, kimsə yaşıllıq sahəni özəlləşdirib və tikinti məqsədilə ərazini hasarlamaq istəyir. Sakinlər bu cəhdin qarşısını alıb. Deməli, işbazlar "evdə qal" kampaniyasından yararlanıb xəlvətcə parkı hasarlamağa cəhd ediblər.

 

Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahn qərarına əsasən, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.(Facebook/Berbad Baki)

 

Tarix: 1 Aprel 2020, 19:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin