BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Naxçıvanla bağlı məlumat yaydı

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.


Bu barədə Pravda.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.


Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.


Araşdırmalar davam etdirilir.

Tarix: 2 Yanvar 2023, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin