BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il günü maşını aşırdı, arvadı və nəvəsi öldü

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi  ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb. 


DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.


Babək RPİ tərəfindən araşdırma aparılır.

Tarix: 2 Yanvar 2023, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin