BURADA REKLAMINIZ OLA
BİLƏR

Süleyman Nemətov tapşırıq verdi - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir.

Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcəkdir.

Muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.

Fotoları təqdim edirik
Tarix: 2 Yanvar 2023, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin