BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni ilin ilk günündə Bakıda dəhşətli qəzada ölən gənc yeni evlənibmiş - FOTO

Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə yeni evlənibmiş.


Pravda.az xəbər verir ki, o, 20 gün olar ailə həyatı qurubmuş.



Xatırladaq ki, Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.


Qəza nəticəsində 5 nəfər həlak olub.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.


Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.


Faktla Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.

Fotoları təqdim edirik
Tarix: 2 Yanvar 2023, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin