BURADA REKLAMINIZ OLA
BİLƏR

2023-cü ilin SEVGİ PROQNOZU: Bu bürclər şanslı olacaqlar

Ötən il axtardığı sevgini tapa bilməyən kifayət qədər insan oldu. Lakin 2023-cü il bəzi bürclər üçün bu baxımdan düşərli olacaq. Onlar eşqdə öz partnerlərini tapa biləcəklər.

 
Pravda.az bu dəfə həmin bürclər haqqında məlumatı təqdim edir.

 
Qoç bürcü – Onlar ümumiyyətlə ünsiyyətcil və mehribandırlar. 2023-cü ildə qoç bürcü daha çox sosiallaşmaq fürsəti əldə edəcək. Nəticədə bu sosiallaşmaların bəhrəsini alacaqlar. Bu bürcün nümayəndələri bu il axtardıqları sevgini tapacaqlar.

 
Buğa bürcü - 2023-cü ildə sevginin üzünə gülümsəyəcəyi bürclər arasındadır. Hər zaman sevdiklərinə sadiq olan və həyatındakı insanı həyatlarının mərkəzinə qoyan buğalar bu il ciddi münasibətə başlaya bilər. Hətta bəziləri üçün bu münasibət evliliklə də nəticələnəcək.


Şir bürcü - Adətən gülər üzləri ilə diqqəti cəlb edirlər. 2023-cü ildə şir bürcləri olduqları hər mühitdə bütün diqqətləri öz üzərinə çəkə bilərlər. Onlar son illərdə eşqdə çox şanssız olsalar da, 2023-cü ildən etibarən sevgidə qalib gəlməyə başlayacaqlar.

 

Dolça bürcü - Hər zaman fərqli fikirləri ilə başqa insanların diqqətini çəkir. O, sevgini digər bürclərdən çox fərqli yaşayır. Dolça bürcü bu il sevgini zirvəsində yaşayacaq, münasibətlərdə çox şanslı olacaqlar. İştirak etdiyi tədbirlərdə ruh yoldaşı ilə görüşə bilərlər.

 

Sfera.az 

Tarix: 2 Yanvar 2023, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin