BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı partlayışla bağlı daha bir məlumat yaydı: Dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

 

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix: 2 Yanvar 2023, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin