BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu hallar da xüsusi rejimin pozulması hesab olunacaq

İşsizlikdən sığorta haqlarının azaldılması xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan hal sayılacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirəyə çıxarılan “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”  qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Podratçılar və subpodratçılar onlara tətbiq edilən xüsusi iqtisadi rejimin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Layihəyə əsasən, ödənilməli olan işsizlikdən sığorta haqlarının azaldılması və ya bundan yayınmaq məqsədi ilə xüsusi iqtisadi rejimlə verilən imtiyazlardan qeyri-ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsində istifadə edilməsi xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan hal sayılacaq.

Tarix: 1 Aprel 2020, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin