BURADA REKLAMINIZ OLA
BİLƏR

Frankfurt-Almatı-Astana reysi ilə uçan təyyarə Bakı hava limanına endi

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

 

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Tarix: 4 Yanvar 2023, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin