BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda evdən 15 min dollarlıq antik əşyalar oğurlandı

Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildilirdi.

 

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

 

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Tarix: 4 Yanvar 2023, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin