BURADA REKLAMINIZ OLA
BİLƏR

Artur Rasizadənin imzaladığı qərar ləğv edildi

Nazirlər Kabineti “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 23 nömrəli qərarını ləğv edib.

 

Pravda.az-ın xəbərinə görə, bununla Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qeyd edək ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” haqqında qərarı Azərbaycanın o zamankı Baş Naziri Artur Rasizadə imzalamışdı.

Tarix: 1 Aprel 2020, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin