BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıya qayıdarkən təyyarədə öldü

Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib.

 

Saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik ucbatından vəfat etməsi məlum olub.

 

Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Tarix: 5 Yanvar 2023, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin